Ukraynanın mənzil bazarı çətin vəziyyətdədir. Lakin 2022-ci ilin ikinci yarısı-2023-cü ilin əvvəli şəhərətrafı mənzil daşınmaz əmlakına tələb artmışdır.
Belə ki, LUN portalının məlumatına görə, 2023-cü ilin birinci rübündə 522 kottec şəhərciyində satışlar aktivləşdirilib ki, bunun da 49%-i artıq tikilib, 47%-i isə hələ tikilməkdədir. Əslində, müharibədən əvvəlki bazarın faktiki olaraq 70%-i, Kiyev vilayətində 66%-i, Lvov vilayətində 86%-i bərpa olunub.
Kotteclərin satışında liderlər Kiyev və Lvov vilayətləridir. Satışa çıxarılan kottec şəhərciklərinin 60%-i Kiyev vilayətinin, 12%-i Lvov vilayətinin, 6%-i isə İvano-Frankovsk vilayətinin payına düşür. Hazırda kottec tikintisi ölkənin daha təhlükəsiz və ətrafında gözəl mənzərələri olan qərb bölgələrində fəal şəkildə inkişaf edir.
LUN agentliyi verdiyi məlumata görə 2023-cü ilin mart ayından etibarən satışlar Ukraynanın qərb vilayətlərində 39, Kiyev və vilayətdə 36 kottec şəhərciyində başlayıb. Həmin dövrə əsasən, Kiyev vilayətində 10, Lvov vilayətində 8, İvano-Frankovsk vilayətində 3 kottec şəhərciyi tamamilə satılıb.
Lvov vilayətinin kottec şəhərciklərində kvadrat metrin qiyməti paytaxt regionunda orta qiymətə kimi qalxıb və 820-1000 ABŞ dolları təşkil edir (tipik bir layihəki qiymət). Eyni zamanda, sahəsi 100 ilə 250 kv m arasında olan kotteclərə ən çox tələbat var.
Lakin, Kiyev vilayətində sahəsi 100 kv m qədər olan evlərə tələbat olduqca yüksəkdir (23%). Alıcıların 34%-i isə 101 kv.m-dən 200 kv.m-ə qədər olan kottec almaq istəyir. Bir kvadratmetrin orta qiyməti 910 ABŞ dolları təşkil edir. Ən bahalı evlər (kvadrat metrin qiyməti) Staroobuxovski (1818 ABŞ dolları), Novoobuxovski (1300 ABŞ dolları) və Vışhorodski (1114 ABŞ dollar) rayonlarında, ən demokratik qiymətlər isə Odessa istiqamətində (765 ABŞ dolları), Fastiv (748 ABŞ dolları) və Brovarı (640 ABŞ dolları) rayonlarındadır.
TƏRƏZİ UABA-nın prezidenti Cəlal Hüseynov hesab edir ki, yaxın illərdə inkişaf etmiş infrastruktura malik, enerjidən asılı olmayan, sürətli internetə malik, meşəyə və su anbarına yaxın olan kottec şəhərciklərinə ən çox tələbat olacaq. Bu nöqteyi-nəzərdən, məhz Ukraynanın qərb vilayətlərindəki ərazilər inkişaf üçün perspektivlidir.