Mənzil satışı ən aktiv şəkildə qərb və mərkəzi vilayətlərdə, eləcə də Odessa vilayətində başlayıb.
LUN portalının məlumatına görə, inşaatçılar obyektlərin orta hesabla 70%-nin tikintisini bərpa ediblər. Volın, Lviv, Ternopil, İvano-Frankivsk və Zakarpattya vilayətlərində mənzil komplekslərinin 90%-dən çoxunda tikinti davam etdirilmişdir. Mərkəzi rayonlarda bu göstərici bir qədər aşağıdır və 60-88% təşkil edir.
Yeni mənzil seçərkən, potensial alıcılar, ilk növbədə təhlükəsizlik məsələlərini rəhbər tuturlar və məhz bununla qərb vilayətlərində tələbatın artımı izah olunur. Həmçinin, inkişaf etmiş sosial və nəqliyyat infrastrukturu, istirahət zonalarına əlçatanlıq, havanın keyfiyyəti və hər kvadratmetr sahənin qiyməti kimi amillər seçimə əhəmiyyətli dərəcədə təsir göstərir.
TƏRƏZİ UABA-nın prezidenti Cəlal Hüseynovun sözlərinə görə, tələbatın artması amili mənzillərini itirmiş vətəndaşlara dövlət dəstəyi – itirilmiş mənzillərə görə kompensasiya və “єОселя” münasib faizlə kredit proqramı olacaq.