Ukrayna yükdaşıma bazarının ən böyük operatorlarından biri olan TransCenter 10 ildən artıqdır ki, bazarda uğurla fəaliyyət göstərir, Avropa və Asiya regionları ölkələri arasında istənilən istiqamətdə yüklərin daşınmasını həyata keçirir.
“Bizim üçün öz təcrübə, xidmət keyfiyyəti və yeni tərəfdaşlıqlarımızı qurmaq vacibdir. Şirkətimiz üçün TƏRƏZİ UABA-da iştirak keyfiyyət və kəmiyyət artımı üçün bir fürsətdir“, dedi TransCenter şirkətinin direktoru Viktor Dovhıç.
“Ötən il orta nəqliyyat dəhlizindən istifadə nəzərə alınmaqla Azərbaycan ərazisindən yükdaşımaların həcmi 75% artıb. Son illər dövlət nəqliyyat infrastrukturuna böyük sərmayələr qoyub və iqtisadiyyatın bu sahəsini inkişaf etdirməyi davam edir. Həm Azərbaycan, həm də Ukraynanın coğrafi mövqeyi ölkələrin logistika sektorunun inkişafı üçün son dərəcə perspektivlidir. Buna görə də TƏRƏZİ UABA-na güclü logistika operatorunun cəlb edilməsi iştirakçıların bu sahədə təcrübəsini gücləndirəcək, hər iki ölkənin sahibkarları arasında tərəfdaşlıq üçün yeni imkanları yaradacaq”, – deyərək TƏRƏZİ UABA-nın prezidenti Cəlal Hüseynov TransCenter şirkətinin Assosiasiyada iştirakını alqışlamışdır.
TransCenter şirkəti yüklərin dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə daşımaları ilə məşğuldur. Multimodal daşıma xidmətlərini, yükləmə, yük boşaltma, sığorta və s. bir sıra zəruri logistika xidmətləri göstərir. Dəmir yolu vaqon parkının sahibidir.