Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı çərçivəsində 6 milyard avro miqdarında infrastruktur layihələrinin həyata keçirilməsi planlaşdırılır. 2022-ci ildə nəqliyyat gecikmələrini aradan qaldırmaq məqsədilə marşrutun sinxron olaraq genişləndirilməsi üçün beş illik yol xəritəsi qəbul edilib. Məsələ aşağıdakı 4 limanın gələcək inkişafıdır: Azərbaycanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Hovsan, Qazaxıstanda Aktau və Kurık. Yeni körpülərin, universal konteyner terminalların, mühəndis və nəqliyyat kommunikasiya obyektlərinin, biznes mərkəzlərinin tikintisi nəzərdə tutulur. Perspektivlər haqqında ətraflı http://surl.li/howvj
Bakı MBNM-nun genişləndirilməsinin növbəti mərhələsi onun yükdaşıma qabiliyyətinin 25 milyon tona qədər çatdırılmasıdır. Liman, digər nəqliyyat infrastrukturu ilə birləşərək Bakını regionun əsas logistik mərkəzinə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas qovşağına çevirib.
Bundan başqa, “Azərbaycan Dəmir Yolları” QSC-nin logistika infrastrukturunun inkişafı layihələri həyata keçirilməkdədir, j cümlədən yeni logistik komplekslərin tikintisi, yol-nəqliyyat şəbəkəsinin genişləndirilməsi, biznes klasterlərinin yaradılması və s. 2023-cü ildə yükdaşımaların həcminin ildə 20 milyon tona yüksələcəyi və yola sərf olunan vaxtın 20 gündən 15 günə qədər azalacağı proqnozlaşdırılır.
Ətraflı məlumat http://surl.li/howwo
“Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə yükdaşımaların artım potensialı ildə 54 milyon ton qiymətləndirilir. Azərbaycanın tranzit imkanlarını təmin etmək üçün eyni zamanda logistika və nəqliyyat infrastrukturunun inkişafı vacibdir”, – hesab edir TƏRƏZİ UABA-nın prezidenti Cəlal Hüseynov.