Azərbaycanda aqroparkların ərazilərində emal müəssisələrinin yaradılması planlaşdırılır. Məqsəd aqroparkların xüsusi istiqamətləndirilməsidir, ona görə də onların klasterləşdirilməsi nəzərdə tutulur. Bunlar tərəvəz və meyvə emalı, süd məhsulları istehsalı və s. müəssisələr olacaq.
Pilot layihə sahəsi 3000 hektar olan Yevlax Aqroparkının ərazisində emal zavodların yaradılmasıdır. Əkin üçün yararsız olan 129 hektar sahədə emal müəssisələri şəbəkəsi inkişaf etdiriləcək. İnvestorlara verilməzdən əvvəl ərazidə zəruri mühəndis infrastrukturu inşa ediləcək.
Yevlax AP-nın layihə qiyməti 103 milyon manatdır, bunun da 74 milyon manatı özəl, 29 milyon manatı isə dövlət investisiyaları təşkil edir. 1147 hektar sahədə 100 ailə fermer təsərrüfatının yaradılması nəzərdə tutulur. Ətraflı məlumat http://surl.li/hugoa
Həmçinin ət və süd heyvandarlığında ixtisaslaşmış 10 yeni AP-ın tikintisi başa çatdırılır.
Dövlət AP-ı zəruri mühəndis infrastrukturunun qurulması mərhələsində dəstəkləyir, güzəştli kreditləşmə və investorlar üçün stimul proqramları tətbiq edilir. Sahibkarlığa İnkişafı Fondu tərəfindən 25 aqroparkın yaradılmasına 195 milyon güzəştli kredit verilib. Bundan əlavə, investisiyaların cəlb edilməsinə stimul üzrə sənədi olan 27 aqroparka maşın, texnoloji avadanlıq və qurğuların idxalına görə 44,7 milyon manat məbləğində güzəştlər verilib. Ətraflı http://surl.li/hugoz