Home 9 Без категорії 9 LİMAN İNFRASTRUKTURUNA İNVESTİSİYALAR

LİMAN İNFRASTRUKTURUNA İNVESTİSİYALAR

İyul 12, 2023

Hökumət liman infrastrukturu sahəsində beş flaqman layihə hazırlayır. Bunlar Odessa, Çornomorsk və İzmail limanlarında konsessiya layihələri və Ukraynanın Dunay gəmiçiliyinin hərtərəfli inkişafı layihəsidir. Liman inkişafının vektorlarından biri özəl tərəfdaşlıq və özəl investisiyalardır. (hökumətin planları haqqında ətraflı məlumat http://surl.li/itfam )

Odessa limanında sərnişin terminalını konsessiyaya keçirilməsi planlaşdırılır. İnvestisiyalar 52,6 milyon ABŞ dolları həcmində qiymətləndirilir. İlkin məlumatlara görə, konsessiya layihəsi aşağıda qeyd edilən obyektlərin transferini nəzərdə tutur: yaxta kompleksi, ildə 1 milyon sərnişin qəbul etmək imkanı olan dəniz qalereyası, açıq meydançalar və 1000 yerlik konsert və sərgi salonu.

Beş böyük şirkət Çornomorsk dəniz limanında konsessiya layihələrində maraqlı olduğunu nümayiş etdirir – Çornomorsk dəniz ticarət limanının birinci və beşinci terminalları konsessiyaya hazırlanır. İnvestisiyaların həcmi 48 milyon ABŞ dollardan 160 milyon ABŞ dollara qədər olacaq, Dunay klasterinin ən böyük limanları olan – İzmayil, Reni və Ust-Dunaysk limanlarına investisiya həcmi 400 milyon ABŞ dolları təşkil edir. Klaster mühüm nəqliyyat dəhlizinə çevrilib və yük daşımalarını üç dəfə artırıb. Məqsəd yük daşımaların həcmini ildə 30 milyon tona çatdırmaqdan ibarətdir.

Nəzərinizə çatdırırıq ki, 2022-ci ildə Ukrayna limanlarının yük dövriyyəsi sürətlə artıb, o cümlədən:

  • İzmayil limanı – 7,7 milyon tona qədər (+294%);
  • Reni limanı – 6,1 milyon tona qədər (508,3%);
  • Ust-Dunaysk – 662 min tona qədər (+1315%).

Dünya Bankı qrupundan olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) İcma İnkişafı, Ərazilər və İnfrastruktur Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Ukrayna Dunay Gəmiçiliyi” donanmasının müasirləşdirilməsi və genişləndirilməsi üçün özəl investisiyaları səfərbər edir.

“Ukraynanın dəniz və çay limanlarının inkişafı bütövlükdə liman ərazilərinin və regionlarının inkişafına təkan verəcək irimiqyaslı bir investisiya layihəsidir. Yük axınının artırılması planları logistika və nəqliyyat infrastrukturunun inkişafını, biznes klasterlərinin yaradılmasını, ixracyönümlü məhsulların istehsalı üzrə müəssisənin yaradılmasını tələb edir. Bütün bunlar beynəlxalq biznes üçün maraqlı olan investisiya layihələridir”, – əmindir “TƏRƏZİ”  UABA-nın prezidenti Cəlal Hüseynov.