Ukrayna hökuməti gərgin müharibə şəraitində yerli və xarici investorların cəlb edilməsi üzərində çalışır. Vergi güzəştləri, gömrük rüsumlarından azad edilmə, icazə sənədlərinin təsdiqi üçün şəffaf və aydın proseslərin yaradılması və s. rahat investisiya mühiti yaradılmasının əsas mexanizmləridir.
Verxovna Rada “Ukraynada əhəmiyyətli investisiyalar ilə investisiya layihələrinə dövlət dəstəyi haqqında” 8138 №-li Qanuna (“İnvestisiya dayələri Qanunu”) dəyişikliklər edib, Onlar, əhəmiyyətli investisiyaları olan sahibkarlıq subyektlərinə dövlət dəstəyinə aiddir.
İnvestisiya dayələri Qanunu aşağıdakıları təmin edir:
- investorların investisiya layihələrinə giriş həddinin 20 milyon avrodan 12 milyon avroya endirilməsi;
- yeni avadanlıq və komponentlərinin idxalı və gömrük rəsmiləşdirilməsi zamanı investorların müvəqqəti (2040-cı il yanvarın 1-dək) əlavə dəyər vergisindən azad edilməsi;
- büdcə vəsaiti hesabına nəqliyyat və mühəndis infrastrukturunun tikintisi və ya əhəmiyyətli investisiyalarla sifarişçi və ya layihə investorunun vəsaiti hesabına tikintiyə görə kompensasiyası;
- investor üçün xüsusi investisiya müqaviləsi bağlanmazdan əvvəl layihənin icrasına başlamaq və layihəqabağı işlər üçün əhəmiyyətli investisiyaların ümumi dəyərinin 25%-i məbləğində investisiyalar etmək imkanının tətbiqi (sənədlərin hazırlanması, torpağın alınması və s.);
- investisiya layihəsinin həyata keçirildiyi sahələrin genişləndirilməsi.
İnvestisiya dayələri Qanunu müxtəlif sahələrdə investisiya layihələrinə şamil ediləcək. Bunlar emal sənayesi, nəqliyyat, kənd təsərrüfatı, logistika, təhsil, elm və elmi-texniki fəaliyyət, səhiyyə, incəsənət, mədəniyyət, idman, turizm, kurort və rekreasiya, informasiya texnologiyaları və tullantıların idarə edilməsi sahələrində investisiya layihələridir.
Qedi edilməlidir ki, Ukrayna üçün aktual olan biznes sahələrindən biri də tullantıların, o cümlədən tikinti tullantılarının emalıdır. Ölkədə tammiqyaslı işğal nəticəsində artıq 100 milyon tondan çox zibil var ki, bunun da üçdə birindən çoxu tikinti tullantılarıdır. Tikinti tullantılarının sökülməsi və təkrar emalı çox gəlirli biznesdir. Ukrayna üçün bu, həm də ekoloji təhlükəsizlik və dağılmış infrastrukturun bərpası üzrə hərtərəfli proqram üçün əlavə imkanların aktual məsələsidir. Ona görə də bu gün qanunvericilik səviyyəsində tikinti tullantılarının emalı üzrə tikinti materialları istehsalı müəssisəsinin tikintisi üçün investisiya layihələrini stimullaşdıracaq qərarlar qəbul edilir.