Azərbaycan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində öz maliyyə imkanları hesabına genişmiqyaslı bərpa işlərini aparır. 2021-2022-ci illərdə Azərbaycan hökuməti bərpa işlərinə 4 milyard ABŞ dollara yaxın vəsait xərcləyib. 2023-cü ildə bu məqsədlər üçün ən azı 1,7 milyard ABŞ dolları vəsaitin ayrılması planlaşdırılır. Bərpa layihələrinin icrasına başlamazdan əvvəl bu ərazilərdə kompleks minatəmizləmə işləri aparılıb.
2021-ci ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və davamlı inkişafı üzrə 2021-2025-ci illər üçün dövlət proqramı” qəbul edilib və nizamnamə kapitalı 1 milyon manat olan “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu regionların ölkənin iqtisadi sisteminə aktiv şəkildə daxil ediləcəyi və digər regionlarla müqayisədə daha sürətlə inkişaf edəcəyi proqnozlaşdırılır. Bunun üçün:
– investorları həvəsləndirmək üçün bütöv imtiyazlar sisteminə malik sənaye və aqroparklar yaradılıb;
– investisiyalar dövlət və özəl biznes tərəfdaşlığı layihələrinin həyata keçirilməsi yolu ilə cəlb edilir;
– azad edilmiş ərazilərdə 14 iqtisadi fəaliyyət sahəsi üzrə maşın, texnoloji avadanlıq, xammal və malların idxalı ƏDV və gömrük rüsumlarından azad edilir;
– büdcə vəsaiti hesabına yaşayış kompleksləri, kəndlərdə fərdi ev və xidmət obyektləri, məktəblər, uşaq bağçaları, poliklinikalar, məscidlər, idman kompleksləri və s. tikilir;
– mühəndislik və nəqliyyat infrastrukturunun çəkilməsi layihələri həyata keçirilir: avtomobil yolları, dəmir yolları, Laçın hava limanı, su təchizatı bərpa olunur;
– kiçik su elektrik stansiyaları və günəş elektrik stansiyaları kimi enerji bərpa olunan mənbələr hesabına inkişaf edir: Məsələn, 2024-cü ilin aprel ayında Laçın rayonunda 9 kiçik su elektrik stansiyası fəaliyyət göstərəcək;
– hökumət kiçik və orta biznesin inkişafına kömək edir, qayıdacaq insanların həyatı üçün rahat şərait yaradır. Ətraflı məlumat http://surl.li/kqkzd
İşğaldan azad edilmiş ərazilərdə sıfırdan şəhər və kəndlər salınır, onların layihələri müasir şəhərsalma prinsipləri əsasında, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarından istifadə edilməklə yaradılır. Laçın, Cəbrayıl, Füzuli şəhərləri və digər yaşayış məntəqələri hərtərəfli yenidən qurulur. “Böyük Qayıdış” proqramının I-ci mərhələsi çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda 100 yaşayış məntəqəsinin bərpası nəzərdə tutulur. Azərbaycan prezidentinin sözlərinə görə, bu, münaqişədən sonrakı inkişafın və bərpanın unikal və misilsiz modelidir http://surl.li/kqlwv
2023-cü ilin 1-ci rübündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı üçün əsas kapitala investisiyaların cəmi həcmi 665 milyon ABŞ dollarından çox olub. Ətraflı məlumat http://surl.li/kqluv :
“TƏRƏZİ” UABA-nın prezidenti Cəlal Hüseynov: “Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin bərpası üzrə təcrübəsi Ukraynaya kompleks bərpa mexanizmlərinin təşkili və istifadəsi məsələsində kömək edə bilər. Xüsusilə, aşağıdakılar hazırlanmış və praktikada sınaqdan keçirilmişdir: bu ərazilərdə biznes üçün investisiya cəlbedici şəraitin yaradılması, sənaye istehsalının və kənd təsərrüfatı komplekslərinin inkişafı, yeni yaşayış evlərinin, mühəndis və nəqliyyat infrastrukturunun tikintisinə yanaşmalar”.