Home 9 Без категорії 9 YENİ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ STRATEGİYASI

YENİ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ STRATEGİYASI

Sentyabr 25, 2023

Azərbaycan hökuməti “2023-2027-ci illər üçün İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası”nı təsdiq edib. Demək olar ki, bütün dövlət və hökumət qurumları qarşısında rəqəmsallaşdırma sahəsində vəzifələr qoyulub. Bu gün ölkənin bütün sahələrində rəqəmsal iş alətlərindən istifadə olunur, lakin informasiyanın əldə edilməsi və yaradılması ilə bağlı boşluqlar olub qalmaqdadır. Mövcud qanunvericilik həm vətəndaşlar, həm hüquqi şəxslər, həm də dövlət orqanları üçün etibarlı kibertəhlükəsizliyi təmin etmək üçün yetərli deyil.

Strategiya ölkənin hərtərəfli rəqəmsallaşmasına, dövlət institutları arasında əlaqələrin inkişafına şərait yaradır, dövlət institutlarının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində səlahiyyətlərini müəyyən edir.

Strategiyanın həyata keçirilməsində əsas iş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) üzərinə düşür. Xidmət aşağıdakıların yaradılması istiqamətində tədbirlər həyata keçirəcək:

  • təhlükənin qiymətləndirilməsi və qarşısının alınması sahəsində dövlət-özəl koordinasiya və məsləhət platformaları;
  • informasiya mübadiləsi sahəsində vahid platforma;
  • kibertəhlükəsizliyin təmin edilməsində, erkən xəbərdarlıq etmə və təhdid və hücumlara cavab vermə sahələrində əməkdaşlıq. 

Həmçinin informasiya təhlükəsizliyi qurumları, o cümlədən Milli CERT-in və digər ölkələrin CERT-ləri ilə əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Sənəddə “beyin axını”nın qarşısının alınması və mütəxəssislərin kadr potensialının yaradılması üzrə tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Bu gün Azərbaycanda İKT-nin müxtəlif sahələrində, xüsusilə kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrlara böyük ehtiyac var. Əsas məqsəd hazırlanmış kadrların xaricə getməsini dayandırmaq, onları vətənində işləməyə həvəsləndirməkdir. 

Ətraflı məlumat http://surl.li/kvbii