Home 9 Uncategorized 9 İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN İQTİSADİYYATININ İNKİŞAFI – AZƏRBAYCANIN TƏCRÜBƏSİ

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN İQTİSADİYYATININ İNKİŞAFI - AZƏRBAYCANIN TƏCRÜBƏSİ

Yanvar 17, 2024

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına tam inteqrasiyası üzərində sistemli şəkildə iş aparır. Hazırda bu regionlarda nəqliyyat, ticarət, ictimai iaşə, məişət xidməti, otel və restoran biznesi və s. sahələr üzrə müəssisələr fəaliyyətini bərpa edir. Bu prosesdə dövlət orta və kiçik biznesə üstünlük verir.

İşğaldan azad edilmiş ərazilərdə artıq işləyən və ya biznesini açmağı planlaşdıran sahibkarlar üçün bir sıra güzəşt və dövlət dəstəyi tədbirləri nəzərdə tutulur.

2023-cü ilin yanvarın 1-dən Azərbaycanın işğal olunmuş ərazilərində sahibkarlar üçün aşağıdakı vergi güzəştləri təqdim ediləcək:

  • işğaldan azad edilmiş ərazinin rezidentləri 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar;
  • sənaye parklarının rezidentləri siyahısı təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalına görə 10 il müddətində ƏDV-dən azaddır;
  • emal və hasilat sahəsində fəaliyyət göstərən müəssisələr istehsaldan, o cümlədən emaldan və ya hasilatdan əldə etdikləri gəlirlərinə vergi azadolması tətbiq edilir;
  • topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələrində işləyən hüquqi və fiziki şəxslərə vergi azadolması tətbiq olunur.
  • güzəştli vergitutma turizm, pərakəndə ticarət, ictimai iaşə və digər kommunal xidmətlər sahəsində tətbiq edilir.

Bundan əlavə, hökümət məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə subsidiya verir.

İşğal olunmuş ərazilərdə biznesə dəstək haqqında ətraflı məlumat http://surl.li/oqlsg