2023-cü ildə 82 minə yaxın daşınmaz əmlak ipoteka müqaviləsi qeydə alınıb. Ən çoxu Bakıda bağlanıb – ipoteka müqavilələrinin 42 mindən çoxu və ya 52%-i. Azərbaycanda ən çox yayılmış ipoteka əmlakı mənzildir.
Ötən il aşağıdakı ipoteka müqavilələri bağlanıb:
- 45 532 – mənzillər;
- 16 750 – torpaq sahələri;
- 11 866 – fərdi yaşayış evləri.
Mənzillərin əksəriyyəti Bakı, Abşeron və Sumqayıtda ipotekadadır. İpoteka mənzillərinin 92,9 %-i bu üç ərazi idarəsinin payına düşür. Mənzilləri ən az girov qoyduğu isə Qəbələ, Şamaxı və Şamkir rayonlarıdır. Ətraflı statistik məlumat http://surl.li/qjvgd
İpoteka kreditinə keçən fərdi yaşayış evlərin sayına görə də paytaxt birinci yerdədir. Lakin regionlarda da bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, ipotekaya qoyulan fərdi yaşayış evlərin ən çoxu Gəncə, Xaçmaz, Bərdə və Lənkəran rayonlarında yerləşir.
Torpaq sahələri ipotekaya ən çox Xaçmaz, Bakı və Abşeron rayonlarında verilib. Ən az isə Ucar və Cəlilabad dairə idarələrinin ərazilərindədir.