Bu, KOB klasteri yaradıldıqda mümkündür. KOB klasterinə daxil olan şirkət 7 il müddətinə açağıdakı vergilərdən azaddır:
- torpağa;
- əmlaka;
- gəlirə;
- texnoloji avadanlıqların idxalına ƏDV-dən.
KOB klasteri üçün nəzərdə tutulmuş güzəştlərdən yararlanmaq istəyən kommersiya hüquqi şəxs KOB klaster şirkəti sertifikatını almalıdır. Bunun üçün kommersiya hüquqi şəxs KOBIA-ya yazılı və ya elektron formada müraciət etməlidir. Klaster şirkəti sertifikatının alınması bir sıra qaydalarla tənzimlənir.
Klasterlər artıq iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərir, o cümlədən: kənd təsərrüfatı, nəqliyyat, tikinti, turizm və s. KOB-ə dəstək haqqında ətraflı məlumat http://surl.li/rzbsk