Home 9 Без категорії 9 AZƏRBAYCAN VƏ UKRAYNA ARASINDA BİZNES TƏRƏFDAŞLIĞININ POTENSİALI

AZƏRBAYCAN VƏ UKRAYNA ARASINDA BİZNES TƏRƏFDAŞLIĞININ POTENSİALI

Aprel 19, 2024

Tam miqyaslı işğaldan əvvəl Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1 milyard ABŞ dolları keçib 2015-ci ilin göstəricilərindən 300 milyon ABŞ dollarına artmışdır. 

2023-cü ildə müharibəyə baxmayaraq, ölkələr arasında ticarət dövriyyəsinin həcmi 239 milyon ABŞ dolları təşkil edib. Belə rəqəmlər“ Ukrayna-Azərbaycan. Qlobal Dünya Nizamına Çağırışlar Qarşısında Strateji Tərəfdaşlıq” dəyirmi masasında  “TƏRƏZİ” Ukrayna-Azərbaycan Biznes Assosiasiyasının prezidenti Cəlal Hüseynov təqdim etmişdir.

İqtisadiyyat sektoru, investisiyalar, əməkdaşlığın davam etdirilməsi yollarının tapılmasına həsr olunmuş tədbir hökumət və biznes nümayəndələrini bir araya toplamışdır.  İkitərəfli münasibətlərdəki mövcud vəziyyəti tədbirin moderatoru, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Marına Honçaruk açıqlayıb.

Ukraynanın xalq deputatı, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Serhiy Nahornyak Ukraynaya sistemli və ardıcıl dəstəyə görə Azərbaycana təşəkkür etmiş və Azərbaycanın layiqincə səriştəli və təcrübəli ölkə kimi tanındığı enerji sektorunda ölkələr arasında əməkdaşlığın perspektivlərini təqdim etmişdir.

Bundan əlavə, ukraynalı sahibkarlar da Azərbaycanda biznesi inkişaf etdirməyə çalışırlar. Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Biznes xidmətləri” şöbəsinin müdir müavini Emin Abdullayev bildirdi ki, ölkədə Ukrayna kapitalı olan 200-ə yaxın şirkət qeydiyyatdan keçib. 

Ukraynalılar üçün şad xəbəri Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov açıqladı: gələn il yarımda Ukrayna Cənubi Qafqazdan Avropaya çəkilən sualtı kabelə qoşula biləcək – əvvəlcə elektrik enerjisi alıcısı, sonra isə ixracatçı kimi.

Cəlal Hüseynov tikinti və logistika sektorları kimi perspektivli əməkdaşlıq istiqamətlərindən söylədi: “Hazırda Ukrayna ilə Azərbaycan arasında tikinti sektorunda fəal əməkdaşlıq qurulur. Şirkətlər tenderlərdə iştirak etməyə hazırdır, əməkdaşlığa açıqdır və təcrübə mübadiləsinə hazırdır. Hazırda iştirakçılarımıza məxsus olan müəssisə – Jitomir vilayətində mineral yun zavodunun tikintisinə təxminən 25 milyon avro sərmayə qoyulur. Bu, Ukrayna üçün vacib və aktual investisiyadır.

Ukraynanın da böyük tranzit potensialı var, Cənubi Qafqazdan və qonşu Asiyadan yüklərin tranzitini asanlaşdıra bilər. Odessa limanı 50 milyon ton ötürmə qabiliyyəti ilə 15 milyon ton yük daşıyıb və bu, Ukrayna Silahlı Qüvvələrinin sayəsində mümkün olub. Son 6 ayda biz gördük ki, Azərbaycan tərəfində Ukraynaya qarşı skeptisizmi azalır və ölkəyə investisiya yatırmaq marağı artır”.

“TƏRƏZİ” UABA-nın rəhbəri vurğuladı ki, hətta müharibə şəraitində də Ukraynanın investisiya cəlbediciliyi qalmaqdadır. “Biz 2023-cü ildə təxminən 900 milyon ABŞ dolları investisiya cəlb edən və bir milyard ABŞ dollar üzərində isə iş davam edən  “UkraineInvest” agentliyi ilə fəal əməkdaşlıq edirik”, – qeyd etdi Cəlal Hüseynov. 

Müharibə qurtarmaqla ölkəmizin iqtisadiyyatı fəal şəkildə bərpa olunacaq və Azərbaycan ukraynalılara artıq göstərdiyi dəstəyi, Azərbaycanın səriştəsini, rəqabət qabiliyyətini və iqtisadiyyatının inkişaf tempini nəzərə alaraq Ukrayna ilə əməkdaşlıq üçün ən cəlbedici tərəfdaşlardan biridir.