Torpaq bazarının biznes üçün açılmasından ötən 3 aya yaxın müddətdə şirkətlər 1283 hektar torpaq və ya 342 torpaq sahəsini satışa çıxarıblar.
Torpaq alqı-satqısı nəticəsində 12 şirkət öz torpaq sahələrini 100 hektara qədər azaldıb və torpaq monitorinqi sisteminin siyahısından çıxarılıb.
Hazırda Dövlət Torpaq Kadastrı 100 hektardan çox torpaq sahələrinə sahib olan 271 Ukrayna şirkətini izləyir. Ukraynada ən böyük torpaq sahəsi aşağıdakı şirkətləri məxsusdur:
- “Svitanok” kənd təsərrüfatı firması – 5 min hektardan çox;
- “Drujkivske Rudoupravlinnya” – 3,3 min hektar;
- “Zemletreyd” – 3 min hektar.
Keçən müddət ərzində ən çox torpaq sahəsini “A.T.K” şirkəti satıb – 284 hektar. “Zemletreyd” 3 ayda təxminən 160 hektar torpağı satıb. İri torpaq sahibləri haqqında ətraflı məlumat http://surl.li/swojq
Torpaq bazarının fəaliyyətinin hüquqi şəxslər üçün nə dərəcədə effektiv olacağını zaman göstərəcək. “Zmist” Siyasət Təhlili Mərkəzinin rəhbərinin sözlərinə görə, ilk nəticələri bazarın açılışından cəmi 6-12 ay sonra görmək mümkün olacaq.