Financial Times qrupuna daxil olan FDI Intelligence nəşrinin məlumatına görə, Azərbaycan investisiya üçün ən perspektivli 10 aparıcı ölkə sırasındadır.
10 aparıcı ölkə sırasına daxil olan ölkələrin əsas amilləri iqtisadi sabitlik, mütəmadi olaraq qlobal meyillərə uyğunlaşdırılan qanunvericiliklə yaradılmış əlverişli investisiya mühiti, eləcə də alternativ enerji sektorunun inkişafıdır.
Azərbaycan xarici investisiyaların cəlb edilməsində mühüm uğurlar nümayiş etdirir. 2023-cü ildə ölkə iqtisadiyyatının qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi 2 milyard ABŞ dolları rekord həddə çatıb.
Ətraflı məlumat http://surl.li/koaalg