Home 9 Без категорії 9 UKRAYNA BANKLARININ GƏLİRLİLİYİ 22 % ARTIB

UKRAYNA BANKLARININ GƏLİRLİLİYİ 22 % ARTIB

Sentyabr 25, 2024

Ukrayna banklarının gəliri 2024-cü ildə 22% artıb.  – təxminən 120 milyard qrivnaya qədər. Onlardan xalis gəlir  93 milyard qrivna təşkil edir. 

PrivatBankın payı bütün bankların gəlirinin 40%-ni təşkil edir . MTB Bankın gəliri isə ən çox olaraq 13 dəfə artıb.

Cəmi gəlirin 86%-i Ukraynanın 10 aparıcı bankının payına düşür. Gəlir baxımından bank sektorunda liderlər: 

  • PrivatBank – 39,7%;
  • Oschadbank – 11,8%;
  • Raiffeisen Bank – 5,2%;
  • Ukreximbank – 5,1%;
  • PUMB və Credit Agricole Bank – 4,5%.

Dövlət bankları bütün bankların cəmi gəlirinin 63%-ni alıb, PrivatBank isə 37,16 milyard qrivna gəliri ilə davamlı olaraq 1-ci yri tutmaqdadır. 

Ümumilikdə, 6 dövlət bankından 5-i təqribən 59 milyard qrivna cəmi gəlir əldə edib və vergilərə təxminən 15 milyard qrivna xərcləyib.

Xarici kapitallı banklar 21,4 milyard qrivna qazanıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur. Bu qrupa daxil olan bankların gəlir vergisi 1,7 dəfə artaraq 7,3 milyard qrivnaya çatıb. Bütün bankların cəmi gəlirinin 23%-ni onların payına düşür. Raiffeisen Bank bu qrupda liderdir.

Xüsusi kapitallı bankların məcmu mənfəəti 29% artaraq 13,4 milyard qrivnaya çatıb. Vergilər ikiqat artıb: təxminən 4 milyard qrivnaya qədər. Bu qrup banklar cəmi gəlirin 14%-nə malikdir. Qrupda PUMB bankı liderdir – 4,24 milyard qrivna. 

Banklar tərəfindən ödənilən gəlir vergilərinin məbləği 1,8 dəfə artaraq 25 milyard qrivnanı ötüb.

Bank gəliri haqqında daha çox statistika http://surl.li/wwdmfw