Azərbaycandan xaricdə fəaliyyət göstərən biznesmenlər xarici bazarlar, beynəlxalq sertifikatlaşdırma prosedurları, maliyyə resurslarına çıxış imkanları, inzibati prosedurların sadələşdirilməsi haqqında məlumat almaqla maraqlanırlar.
Sahibkarların beynəlxalq bazarlara çıxışını dəstəkləmək üçün KOB-lər Evlərində onlara müxtəlif xidmətlər göstərilir. Bakı KOB Evində “KOB Gömrük Anbarı” və “Beynəlxalq Ticarət və Logistika Zonası” fəaliyyət göstərir. KOBİA-nın təşkili dövründə 36 yerli sərgidə 1400-ə yaxın, 16 xarici sərgidə isə 90-dan çox KOB subyekti iştirak edib.
KOBİA xəbər verir ki, bundan əlavə, Xudatda sırf idxal-ixrac əməliyyatlarına yönəlmiş Kiçik və Orta Müəssisələr Evi təşkil edilib. Biznes dəstəyi haqqında ətraflı məlumat http://surl.li/jciihc