Home 9 Без категорії 9 Azərbaycan “yaşıl enerji”nin inteqrasiyası üçün Dünya Bankından 173,5 milyon dollar cəlb edir

Azərbaycan “yaşıl enerji”nin inteqrasiyası üçün Dünya Bankından 173,5 milyon dollar cəlb edir

İyul 21, 2025

Azərbaycan hökuməti və Dünya Bankı arasında enerji şəbəkəsinin inkişafı və bərpa olunan enerjinin sistemə inteqrasiyası məqsədilə 173,5 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.

Kredit 15 illik müddətə, 5 illik güzəşt dövrü ilə təqdim olunub. Layihənin 31,2 milyon dollarlıq hissəsini Azərbaycan hökuməti maliyyələşdirəcək.

4 il davam edəcək layihə çərçivəsində 341 km uzunluğunda yeni elektrik ötürmə xətlərinin tikintisi, Navai yarımstansiyasının modernləşdirilməsi və energetika infrastrukturunun gücləndirilməsi nəzərdə tutulur.
📎 https://surl.li/rpjxef