2026-cı ilin yanvar–aprel aylarında Azərbaycana Avropa ölkələrindən 60 269 turist səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur.
Ən yüksək artım Qərbi Avropa ölkələrindən qeydə alınıb — 30 094 turist (+15,5%). İlk sıralarda Böyük Britaniya (7 416), Almaniya (7 045), İtaliya (4 314) və Fransa (1 891) yer alır.
Şərqi Avropadan isə 30 175 turist (+1,4%) gəlib. Ən çox ziyarətçi Ukraynadan (10 544), daha sonra Belarus (6 105), Polşa (3 334), Macarıstan (1 535) və Moldovadandır (1 404).
Ümumilikdə ilin ilk dörd ayında Azərbaycan 175 ölkədən 658,1 min xarici vətəndaş qəbul edib.
Mənbə: https://surl.li/fzxufh
