2026-cı ilin yeddi ayında Azərbaycanın əsas kapitalına yatırılan investisiyaların həcmi $6,5 mlrd-a çatıb və illik müqayisədə 11% artıb.
Qeyri-neft-qaz sektoruna $4,4 mlrd investisiya yatırılıb və bu göstərici təxminən 2% artıb.
Dövlət İnvestisiya Proqramı çərçivəsində ilin birinci yarısında 287 layihəyə $477 mln yönəldilib. Ən çox vəsait nəqliyyat sektoruna — $199 mln, su təsərrüfatı və meliorasiyaya isə $89 mln ayrılıb.
Xarici mənbələrdən yatırılan investisiyaların həcmi $1,4 mlrd təşkil edib və illik müqayisədə 18% artıb.
Ətraflı — https://surl.li/aauvky, https://surl.li/ujgbwr, https://surl.li/fzjxsf
