Azərbaycanın bank sistemi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az həssas bank sistemi kimi qiymətləndirilir. Bu barədə Moody’s-in yeni hesabatında bildirilir.
Sektorun dayanıqlığını Rusiya ilə məhdud iqtisadi və maliyyə əlaqələri, karbohidrogen ixracından əldə olunan gəlirlər və manatın ABŞ dollarına faktiki bağlılığının təmin etdiyi məzənnə sabitliyi dəstəkləyir.
Moody’s həmçinin son dörd ildə regionun bank sistemlərində kapital və likvidlik ehtiyatlarının gücləndiyini qeyd edir. İqtisadi islahatlar, tənzimləmənin gücləndirilməsi və strateji inkişaf proqramlarına dövlət dəstəyi əlavə dayanıqlıq yaradır.
Agentliyin qiymətləndirməsinə görə, yüksək neft qiymətləri Azərbaycanın maliyyə mövqeyini də gücləndirir və ticarət axınlarının artmasına dəstək verir.
Ətraflı — https://surl.li/lnjcpb
