Dəyəri €22 mlrd olan genişmiqyaslı enerji layihəsi Xəzər regionunu Avropanın enerji bazarı ilə birləşdirməyi və yaşıl elektrik enerjisinin ixracı üçün yeni imkanlar yaratmağı hədəfləyir.
Yaşıl enerji dəhlizi layihəsi çərçivəsində €14 mlrd-dan çox vəsaitin enerji nəqli infrastrukturuna yatırılması nəzərdə tutulur. Bu, ümumi layihə büdcəsinin təxminən 65%-ni təşkil edir. Elektrik enerjisinin ötürülməsi imkanlarının genişləndirilməsi təşəbbüsün əsas istiqamətlərindən biridir.
Eyni zamanda Azərbaycan 2027-ci ilədək yaşıl enerji istehsalına və elektrik şəbəkələrinə təxminən $3 mlrd investisiya yatırmağı planlaşdırır. Bu vəsaitin $600 mln-u elektrik enerjisinin ötürülməsi infrastrukturunun inkişafına yönəldiləcək.
Beləliklə, əsas investisiya çağırışı yalnız bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalını artırmaq deyil, həm də onun xarici bazarlara çatdırılmasını təmin edəcək infrastrukturu yaratmaqdır.
Layihənin həyata keçirilməsi Azərbaycanın yaşıl enerji təchizatçısı kimi rolunu gücləndirə və Xəzər regionu ilə Avropa arasında enerji əlaqələrini genişləndirə bilər.
Mənbələr:
https://surl.li/lroaoe
https://surl.li/gehsuh
