Niderland 2027–2029-cu illər üçün Ukraynaya €1,2 mlrd həcmində yeni maliyyə yardımı paketini təsdiqləyib. Vəsait iqtisadiyyatın bərpasına, sənaye, energetika, su təchizatı və özəl sektorun dəstəklənməsinə yönəldiləcək.
Maliyyələşdirmənin əsas istiqamətləri:
- €136 mln — biznesin dəstəklənməsinə, o cümlədən Ukrayna və Niderland şirkətləri arasında əməkdaşlığı təşviq edən Ukraine Partnership Facility (UPF) proqramına.
- €19,5 mln — beynəlxalq ticarət risklərinin azaldılması üçün ixrac kreditlərinin sığortasının genişləndirilməsinə.
- €55 mln — Ukrayna müəssisələrinə enerji avadanlıqlarının çatdırılmasına.
- €10 mln — istehsal güclərinin bərpası və modernləşdirilməsini nəzərdə tutan “Sənaye Ramştaynı” təşəbbüsünə.
Bundan əlavə, Niderland 2026-cı ilin sonunadək Ukraynanın Enerjiyə Dəstək Fonduna €40 mln ayıracağını açıqlayıb. Vəsait enerji sisteminin təcili təmiri və bərpası üçün nəzərdə tutulub.
Niderland nümayəndə heyətinin Kiyevə səfəri zamanı iki ölkənin rəsmiləri iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə dair Birgə Niyyət Bəyannaməsi imzalayıblar.
Əsas prioritetlər arasında müharibə risklərinin sığortalanması, sənaye obyektlərinin qorunması, zədələnmiş müəssisələrin bərpası, logistikanın inkişafı və Ukrayna ilə Niderland biznesi arasında tərəfdaşlığın genişləndirilməsi yer alır.
Yeni yardım paketi Ukrayna biznesi üçün maliyyə cəlb etmək, istehsalı bərpa etmək və beynəlxalq bazarlara çıxmaq baxımından əlavə imkanlar yaradır.
Mənbə: https://surl.li/zisgqs
