Hökumət kiçik və orta biznesi dəstəkləyir, öz biznesinin açılmasını, biznesin böyüməsini və mənfəət əldə etməsini stimullaşdıran və asanlaşdıran şərait yaradır. Proqnozlara görə, gələn il kiçik və orta biznesin “5-7-9%” güzəştli proqramı çərçivəsində kreditlər üçün sorğusu 100-150 milyard qrivna miqdarını keçə bilər. Faiz dərəcəsi və kredit məbləğindən asılı olaraq 2024-cü ildə verilən kreditlərin sayı 60 minə çatacaq. Əlavə olaraq, proqramın populyarlığı 40% arta bilər.
Proqrama stert verildikdən bəri, sahibkarlar cəmi məbləği 242 milyard qrivnaya yaxın olan 74000 kredit alıblar və müharibənin əvvəlindən indiyədək “5-7-9 %” proqramı çərçivəsində artıq 152 milyard qrivna məbləğində 39 mindən çox kredit verilib.
2023-cü ildə aşağıda göstərilən bütün növ biznes kreditlərinə tələbat artıb:
- dövriyyə kapitalını artırmaq üçün;
- biznesin aparılması üçün əsas vasitələrin (tibbi avadanlıq, kənd təsərrüfatı texnikası, ixtisaslaşdırılmış nəqliyyat) alınması üçün.
Proqram başlayandan bəri verilmiş kreditlərin sayının sahibkarların fəaliyyət sahələri aşağıdakı kimidir:
- kənd təsərrüfatı – 29,7 min kredit (təxminən 41%);
- ticarət – 24 mindən çox (32%);
- xidmət sektoru – demək olar ki, 9,3 min (12%);
- sənaye – 8,2 min (11%);
- tikinti – 1,5 min (2%);
- digər sahələr – 1,4 mindən çox (2%).
Bağlanmış kredit müqavilələrinin həcminə görə Kiyev, Lvov, Dnepropetrovsk şəhərləri, Kiyev vilayəti, Odessa və Xarkov vilayətləri siyahının əvvəlindədir.
Proqramda iştirak edən kommersiya bankları kreditləşmənin strateji sahələrini seçiblər. Eyni zamanda, proqram iştirakçıları investisiya məqsədli kreditləşməyə getdikcə daha çox diqqət yetirirlər, onlar yol və tikinti texnikası, kənd təsərrüfatı texnikası, kommersiya nəqliyyatı, enerjiyə qənaət və tibbi avadanlıq, kommersiya daşınmaz əmlakının alınması üçün kreditlər götürürlər. 2024-cü ildə məqsədli investisiya kreditlərinin payı yeni kreditlərin cəmi həcminin 70%-ni keçə bilər. Sahibkarlar üçün daha praktiki məsləhətlər http://surl.li/mtikx
Bundan əlavə, kreditlər üzrə faizləri tam və ya qismən kompensasiya edən məqsədyönlü regional proqramlar işləyib hazırlanır. 2023-cü ildə Kiyev Şəhəti Dövlət Administrasiyası və Kiyev Vilayəti Dövlət Administrasiyasının proqramları çərçivəsində faiz kompensasiyası hesabına “5-7-9%” güzəştli kreditləşdirmə proqramından yararlanan Kiyev və Kiyev vilayətində sahibkarların sayı təxminən 20% artıb.