Avropadaxili Vergi Administrasiyaları Təşkilatına (IOTA) sədrlik 2024-2025-ci ildə Azərbaycana həvalə edilib.
Budapeştdə IOTA-nın 28-ci Baş Assambleyasının inzibati sessiyası keçirilib. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin nümayəndə heyətinə Xidmətin rəisi Orxan Nəzərli rəhbərlik edib.
DVX-nin sədri Orxan Nəzərli 2024-2025-ci illər üçün IOTA prezidenti seçilib. Bu dövr üçün IOTA-nın İcraiyyə Şurasına seçkilər də keçirilib. Şuraya Belçika, Estoniya, Finlandiya, Macarıstan, Rumıniya, İsveçrə və İsveç daxildir. Təşkilatın prezidenti seçilən Azərbaycan İcraiyyə Şurasına sədrlik edəcək.
Qloballaşma və rəqəmsallaşma fonunda vergi sistemləri beynəlxalq səviyyədə mükəmməl və müasir vergi sisteminin təşkilini və mövcud çağırışlara cavab vermək üçün vergi administrasiyalarının əməkdaşlığının gücləndirilməsini tələb edən transformasiyadan keçir. Qarşıdakı dövrdə IOTA-nın potensialının gücləndirilməsi və imkanlarının artırılmasına xüsusi diqqət yetiriləcək.
Ətraflı məlumat http://surl.li/uqyau