Azərbaycanda sənaye zonalarının inkişafının növbəti mərhələsində 590 milyon dollardan çox sərmayə yatırılması planlaşdırılır. Xüsusilə, “Araz Vadisi İqtisadi Zonası” sənaye parkına 2025-ci ildə təxminən 77 milyon dollar sərmayə qoyulacaq. Hazırda bu sənaye parkına biznes tərəfindən 17 milyon dollardan çox sərmayə yatırılıb və parkın ərazisinin 30%-i sahibkarlara verilib.
🔗 Daha ətraflı: https://surl.li/ijunli
Ümumilikdə, hazırda 152 müəssisə sənaye zonalarında rezident statusuna malikdir və onların ümumi investisiya portfeli təxminən 5 milyard dollar təşkil edir. Artıq istehsala 4 milyard dollardan çox sərmayə yatırılıb və 84 müəssisə fəaliyyət göstərir. 2024-cü ildə sənaye zonalarında 29 milyon dollar sərmayə yatırılmış 10 yeni müəssisə işə başlayıb.
🔗 Daha ətraflı: https://surl.li/dihtuj