Beynəlxalq reytinq agentliyi Moody’s hesab edir ki, xarici investorların artan marağı Azərbaycanın bərpa olunan enerji sektorunda hökumətin hədəflərinə çatmasında mühüm rol oynayacaq.
Mərkəzi Asiya və Qafqaz ölkələri son illərdə enerji sektoruna özəl sərmayələrin cəlb edilməsi üçün addımlar atıblar. Əsas tədbirlər: enerji bazarlarının liberallaşdırılması, subsidiyaların azaldılması, kommunal müəssisələrin generasiya, ötürücü və paylayıcı şirkətlərə bölünməsi.
Azərbaycan COP29-a hazırlıq çərçivəsində 2030-cu ilə qədər bərpa olunan enerji gücünün 35,5%-ə çatdırılması hədəfini müəyyən edib. Bu məqsədlə 2250 MVt ümumi gücə malik günəş və külək layihələrinin istifadəyə verilməsi planlaşdırılır.
Dövlət şirkəti “AzərEnerji” 2 QVt gücündə doqquz günəş və külək elektrik stansiyası, həmçinin yeni su elektrik stansiyaları tikməyi planlaşdırır.
Xarici sərmayədarların marağı bu planların həyata keçirilməsinə ciddi töhfə verir. Əsas layihələr arasında:
- “Şəfəq” günəş stansiyası (240 MVt, 200 mln $),
- “Qaradağ” günəş stansiyası (230 MVt, 262 mln $),
- Masdar (BƏƏ) – 1 QVt-lıq günəş layihəsi,
- ACWA Power (Səudiyyə Ərəbistanı) – 1 QVt-lıq quruda külək və 1,5 QVt-lıq dəniz külək stansiyası, həmçinin enerji saxlama və yaşıl hidrogen layihələri SOCAR-la birgə.
📎 Mənbə – https://surl.li/wynvsw