Qələbədən başqa Ukraynanın əsas məqsədi dirçəliş və iqtisadi inkişafdır. Bunun üçün mehriban investisiya mühitinin yaradılması son dərəcə vacibdir.
Alətlərdən biri azad iqtisadi zonaların yaradılması ola bilər. Bunda da Azərbaycan Respublikasının təcrübəsi faydalı ola bilər.
Azad iqtisadi zonaların (AİZ) inkişafı Azərbaycanın xarici ticarət strategiyasının əsaslarından biridir. Ölkədə azad iqtisadi zonaların üstünlüklərinə malik 4 sənaye parkı və Ələt AİZ-ı yaradılıb. Bu ərazilərdə vergi güzəştləri, vergi, gömrük rüsumlarını ödəməkdən azadolmanı nəzərdə tutan xüsusi qanunvericilik qüvvədədir. AİZ ağaşıda göstərliən üçün əlavə imkanları verir:
- ölkə iqtisadiyyatına xarici kapitalın cəlb edilməsi;
- ixrac məhsullarının çeşidinin və coğrafiyasının genişləndirilməsi;
- qonşu ölkələr – Türkiyə, Mərkəzi Asiya ölkələri və Aİ üçün logistika mərkəzinin yaradılması;
- innovativ və rəqabət qabiliyyətli məhsulların istehsalı;
- əhalinin məşğulluğu məsələsinin həlli.
Sahəsi cəmi 850 hektar olan Ələt AİZ-ı bu gün uğurla inkişaf etməkdədir. O, əlverişli coğrafi mövqeyə malikdir – Bakının yanında yerləşir, Asiya və Avropa ölkələrindən ticarət yollarının keçdiyi beynəlxalq dəniz limanını özündə birləşdirir.
Layihənin birinci mərhələsi çərçivəsində 16 min kvadratmetr sahəsi olan biznes mərkəzi, gömrük-keçid məntəqəsi və gömrük baxışı binaları tikilib, ərazinin bir hissəsinin mühəndis hazırlığı başa çatdırılmışdır. Yaxın vaxtlarda biznes mərkəzdə “vahid pəncərə” prinsipi əsasında investorlara xidmət göstərəcək Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun ofisi, investor şirkətləri və gömrük idarələrinin ofisləri fəaliyyətə başlayacaq. 297 hektar ərazisi olan torpaq sahələri artıq mühəndis-yol infrastrukturu ilə təchiz edilmiş və abadlıq üçün investorlara təhvil veriləcək.
Ətraflı məlumat http://surl.li/hznuj
Növbəti mərhələdə 138 hektar sahədə istehsalat binaları və logistika mərkəzləri, 211 hektar sahədə ağır sənaye müəssisələri üçün mühəndis kommunikasiyalarının və nəqliyyat şəbəkəsinin layihələndirilməsi nəzərdə tutulur.