Niderlandın ən böyük bank qruplarından biri olan ING Group, 2025–2027-ci illər üzrə Azərbaycanın ÜDM-nin orta illik 2,1% artacağını gözləyir. Proqnoz belədir:
- 2025-ci il: +1,6%
- 2026-cı il: +2,8%
- 2027-ci il: +2%
Təxminlərə görə, iqtisadi artım rüblər üzrə qeyri-bərabər olacaq:
2025-ci ilin IV rübündə 2,5%-dən 2027-ci ilin IV rübündə 3,5%-ə qədər artım gözlənilir.
Azərbaycan İqtisadiyyat Nazirliyi və digər beynəlxalq təşkilatlar — S&P Global, Fitch Ratings, Moody’s, BVF, AİB, ADB və Dünya Bankı — 2025–2027-ci illər üçün ÜDM-in 2–3,5% aralığında artacağını proqnozlaşdırır.
Ətraflı – https://surl.li/nsllcd
