Azərbaycan Respublikası müntəzəm olaraq Ukraynaya dəstək verir – genişmiqyaslı işğal başlayandan bəri humanitar yardım dayanmır.
Ən çətin dövrlərdə Azərbaycan bizimlə olub (və qalmaqdadır). Belə ki, payız-qış blekaut (işıqlar kəsilən) zamanı Azərbaycan Ukraynaya generator və transformatorları göndərmişdir. Kaxovska SES-də partlayış baş verəndən sonra Azərbaycan yenə də dost Ukrayna xalqına dəstək olmuşdur – prezident İlham Əliyevin tapşırığı ilə su boruları, suyu çıxaran nasoslar və xilasedici jiletlər göndərilmişdir.
21-22 iyun 2023-cü il tarixlərində isə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Böyük Britaniya Birləşmiş Krallığına işgüzar səfəri çərçivəsində Ukraynanın bərpasına həsr olunmuş konfransda çıxış edərək, Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində böhranın mümkün qədər tez həllini dəstəkləyir.
Nazir bildirib ki, Azərbaycan vəziyyətin gərginləşdiyi ilk günlərdən, 2022-ci il fevralın 27-dən başlayaraq Ukraynaya ilk humanitar yardım göndərmişdir.
O, Ukraynadan olan 100 uşağın ölkəmizin tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərini aldığını, ilin sonuna kimi uşaqların sayı iki dəfə artırılmasının nəzərdə tutulduğunu qeyd edib.
Azərbaycan həmçinin Ukraynanı minalardan təmizləmə texnikası ilə təmin etmək niyyətindədir.
Azərbaycanın Ukraynada bərpa və yenidənqurma səylərinə dəstəyinin gələcəkdə də davam edəcəyi bildirilmişdir, yazır minval.az.
Bundan əlavə, hər iki ölkənin gələcək tərəfdaşlığı məsələsində də müsbət əlamətlər vardır. Azərbaycanın və Ukraynanın xarici işlər nazirləri Ceyhun Bayramov və Dmıtro Kuleba çərşənbə günü Londonda keçirilən görüşdə təkcə humanitar əməkdaşlığı deyil, həm də Azərbaycanın Ukraynaya investisiyalarının artırılmasını müzakirə ediblər, – Ukrayna Xarici İşlər Nazirliyi Telegram kanalında dərc edilmiş məlumata istinadən ”Interfaks-Azərbaycan” agentliyi xəbər verir.