Azərbaycan hökuməti və Dünya Bankı arasında enerji şəbəkəsinin inkişafı və bərpa olunan enerjinin sistemə inteqrasiyası məqsədilə 173,5 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.
Kredit 15 illik müddətə, 5 illik güzəşt dövrü ilə təqdim olunub. Layihənin 31,2 milyon dollarlıq hissəsini Azərbaycan hökuməti maliyyələşdirəcək.
4 il davam edəcək layihə çərçivəsində 341 km uzunluğunda yeni elektrik ötürmə xətlərinin tikintisi, Navai yarımstansiyasının modernləşdirilməsi və energetika infrastrukturunun gücləndirilməsi nəzərdə tutulur.
📎 https://surl.li/rpjxef