AI in Energy təşəbbüsü Azərbaycanın enerji sistemlərinə süni intellektin (Sİ) inteqrasiyası imkanlarını araşdırmağa yönəlib. Layihə xüsusilə şəhər şəraitində enerji səmərəliliyini artırmaq və sistemin dayanıqlılığını təmin etmək məqsədi daşıyır.
Pilot layihə çərçivəsində süni intellektin enerji sektoruna tətbiqi:
- enerji istehlakının optimallaşdırılmasına,
- enerji səmərəliliyinin artırılmasına,
- əməliyyat xərclərinin azaldılmasına,
- ətraf mühitə təsirin minimuma endirilməsinə imkan verəcək.
AI in Energy təşəbbüsünün həyata keçirilməsi zamanı enerji idarəetmə sistemindəki boşluqlar, çətinliklər və imkanlar təhlil ediləcək.
Layihənin müsbət və uğurlu nəticələri digər ölkələr üçün də model olacaq – https://surl.li/vzfkbz