Milli Məclis Torpaq Məcəlləsinə kənd təsərrüfatı torpaqlardan istifadənin səmərəliliyinin artırılmasına yönəlmiş dəyişiklikləri birinci oxunuşda təsdiqləyib. Dəyişikliklər kənd təsərrüfatı torpaqların təyinatının dəyişdirilməsi və bu torpaqlarda tikinti işlərinin tənzimlənməsi üçün çevik mexanizmin işlənib hazırlanmasını nəzərdə tutur.
Qanun layihəsi aşağıdakılar üçün şərait yaradacaq:
- aqrar sektorda infrastrukturun və biznes mühitinin yaxşılaşdırılması üzrə işlərin sürətləndirilməsi;
- kənd təsərrüfatının iqtisadiyyatın əsas sahələrindən birinə çevrilməsi;
- aqrar-sənaye kompleksinin davamlı inkişafı;
- dövlət xidmətlərinin optimallaşdırılması;
- səmərəli idarəetmə sisteminin yaradılması.
Qanunvericiliyə dəyişikliklər haqqında ətraflı məlumat http://surl.li/urfpo