Sənəd ölkədə rəqabət mühitinin təmin edilməsi, haqsız rəqabətin aradan qaldırılması üçün hüquqi çərçivənin müəyyən etməlidir. Məcəllənin əsas məqsədləri:
- hökmran mövqedən sui-istifadənin qarşısının alınması;
- rəqabət neytrallığının təmin olunması;
- sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması.
Yeni sənəd, eyni zamanda, kartel tipli əlaqələrin qarşısının alınmasına, təbii inhisarların fəaliyyətinə səmərəli nəzarət edilməsinə, haqsız rəqabət hallarının aradan qaldırılmasına imkan verəcək.
Bu sənədin qəbulu ilə özəl sektorun inkişafı üçün yeni mərhələ başlayacaq:
- haqsız rəqabət və inhisarçılıq meyilləri azalacaq,
- biznes mühitinin cəlbediciliyi artacaq,
- azad rəqabət mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək,
- yerli təsərrüfat subyektlərinin daxili və xarici bazarlarda rəqabətqabiliyyətliliyi yüksələcək,
- innovasiya fəaliyyəti, özəl sektorda rəqəmsallaşmanın tətbiqi genişlənəcək,
- işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması prosesi sürətlənəcək.
Rəqabət Məcəlləsinin qəbulu ilə iqtisadi tənzimləmənin səmərəliliyi yüksələcək, iqtisadiyyatın “ağardılması”na töhfə veriləcək, təbii inhisar subyektlərinin fəaliyyətinin effektivliyi artacaq.
Sənədi qəbul etməyin vacibliyi haqqında ətraflı məlumat http://surl.li/psxki