Azərbaycanın bank sektorunun aktivləri təxminən 8% artaraq 31 milyard dolları ötüb.
Bunun 16 milyard dollardan çoxu müştərilərə verilən kreditlər təşkil edir. Ötən il ərzində sektorun kredit portfeli 24% artıb və aktivlərdə kreditlərin payı 52%-ə çatıb.
Bank sektorunun öhdəlikləri təxminən 8% artaraq 27 milyard dollara yüksəlib.
Eyni zamanda, depozit portfeli 6%-ə yaxın artaraq 22 milyard dollara çatıb. Bunun 8 milyard dolları fiziki şəxslərin, 13 milyard dolları isə hüquqi şəxslərin depozitləridir.
İl ərzində banklarda fiziki şəxslərin vəsaitlərinin artımı 12%-dən çox, şirkətlərin vəsaitlərinin artımı isə 2% təşkil edib – https://surl.li/gwrlwe