Azərbaycanda mehmanxanaların gəlirləri 6 ayda 27% artaraq 160 milyon ABŞ dollarına yaxın olub.
Otellərin gəlirinin strukturu:
- 61% otaqların kirayə verilməsi;
- 27% qidalanma xidmətləri;
- 3% tibbi və səhiyyə xidmətləri;
- 9% digər xidmətlər.
Bu dövrdə otellərin orta doluluğu 21% səviyyəsində olub. Şabranda bu göstərici 49 %, Naftalanda 39 %, Bakıda 37 %, Qusarda 28 %, digər şəhər və rayonlarda isə respublika üzrə orta göstəricidən aşağı olmuşdur. Otel biznesinin gəlirliliyi haqqında ətraflı məlumat http://surl.li/mtadag
Azərbaycan opellərində gecələmələrin sayı 36% artaraq 2 milyona yaxın olub. Bakı bu göstərici üzrə liderdir, gecələmələrin 66%-dən çoxunu təşkil edir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən gecələmələrin sayı 37% artaraq cəmi gecələmələrin 58%-ni təşkil edir. Ətraflı statistika http://surl.li/ftrkks