Azərbaycan “yaşıl” enerjinin istehsalı, təchizatı və tranziti mərkəzinə çevrilir. İstixana qazlarının emissiyasının azaldılması məsələsi ölkənin enerji siyasətində mühüm yer tutur. Məhz buna görə də ölkənin yeni sosial-iqtisadi inkişaf proqramının prioriteti “yaşıl” artımdır.
Bərpa olunan enerji mənbələri (BOEM) istiqamətində fəaliyyət göstərən enerji obyektlərinin tikintisi layihələrinin icrasına başlanılıb. 2023-cü ildə Qaradağda 230 MVt gücündə günəş elektrik stansiyası istifadəyə verilib. 2024-cü ildə ümumi gücü 1 GVt olan günəş və külək elektrik stansiyalarının tikintisi üçün investisiya müqavilələri imzalanıb. Hökumət Qarabağda və Şərqi Zəngəzurda “yaşıl” enerji zonaları yaradır.
Azərbaycan Şərqi Zəngəzur vasitəsilə Türkiyəyə “yaşıl” enerji dəhlizi çəkməyi planlaşdırır. Bundan əlavə, Qazaxıstan və Özbəkistandan “yaşıl” enerjini qəbul etmək imkanı da var. Enerjinin saxlanması, hidrogenin istehsalı və ixracı imkanları da öyrənilir.
Enerji keçid proqramı haqqında ətraflı məlumat http://surl.li/tbcebr