Proqnozlara görə, 2040-cı ilə kimi Azərbaycana turist axını hər il 4% artacaq və bir turistin paytaxt şəhəri Bakıda bir həftə qalması 1175 ABŞ dollara başa gələcək.
Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılan əlavə dəyər 2023-cü ildə 1,6 milyard ABŞ dolları təşkil edib ki, bu da 76,6 dəfə artım deməkdir. Son 20 ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əsas kapitala investisiya qoyuluşu 52 milyon ABŞ dolları təşkil edib.
Təkcə Bakıda kurort turizminin inkişafı üçün 170 hektara yaxın yeni ərazilər ayrılıb. Turizm daşınmaz əmlakına investisiyalar da bu ərazilərdə mühəndis infrastrukturunun tikintisinin büdcədən maliyyələşdirilməsi yolu ilə dövlət tərəfindən stimullaşdırılacaq. Turizm və xidmət obyektlərin fəaliyyətinin şaxələndirilməsi üçün onların ilboyu istismarı nəzərdə tutulub. Eyni zamanda yerli və xarici turizmin özəllikləri də nəzərə alınacaq.
Müasir çimərliklərin yaradılması və ətraf mühitin yaxşılaşdırılması yolu ilə Abşeron kurortlarının cəlbediciliyinin artırılması nəzərdə tutulur. Abşeron yarımadasının mədəni landşaftının qorunub saxlanılması və iri yaşayış məntəqələrinin yaxınlığında aktiv istirahət üçün daha geniş ərazilərin cəlb edilməsi planlaşdırılır . Nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi çimərlik zonalarından Bakının digər maraqlı turizm obyektlərinə fərdi ekskursiyaların təşkilini asanlaşdıracaq . Turizmin inkişafı planları haqqında ətraflı məlumat : http://surl.li/pcjbe
Qobustan Milli Parkının ərazisi fəal istirahət üçün rahat guşələrin yaradılması, ev mehmanxanaları, kempinq meydançaları və turizm kəndlərinin tikilməsi hesabına sistemli şəkildə turizm infrastrukturuna inteqrasiya olunacaq. Turizm imkanları haqqında daha ətraflı http://surl.li/pcjby