Home 9 Без категорії 9 AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFAT SEKTORUNA KREDİTLƏR 12% ARTIB

AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFAT SEKTORUNA KREDİTLƏR 12% ARTIB

Aprel 22, 2024

Azərbaycan bankları 2023-cü ildə kənd təsərrüfatı sektoruna 885 milyon ABŞ dollardan çox vəsait ayırıb: onların 25 %-i dövlət vəsaiti, 75 %-i bankların öz vəsaitləri hesabına təmin olunub. 

İlin əvvəlində səmərəliliyi, sabitliyi, şəffaflığı və əlçatanlığı nəzərdə tutan 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası qəbul edilib. Sənəd kənd təsərrüfatı sığortası sisteminin yenidən qurulmasını və alternativ fəaliyyət modellərinin müəyyən edilməsini nəzərdə tutur. Strategiya kənd təsərrüfatı sektorunun dəstəklənməsi üçün alternativ maliyyələşdirmə mexanizmlərinin genişləndirilməsinə, həmçinin mikro- orta və kiçik sahibkarlığa xüsusi diqqət yetirməklə aqrar sektorda fəaliyyət göstərən şirkətlərin maliyyə imkanlarının genişləndirilməsinə yönəlib. 

Ötən il aqrar sektora verilən kreditlərin biznes portfelində xüsusi çəkisi artaraq 12%-ə çatıb. Son 3 ildə bankların kənd təsərrüfatı portfeli 62% və ya 295 milyon ABŞ dollarından çox artıb. 

Kənd təsərrüfatı sektorunun kreditləşdirilməsinin maliyyə siyasəti haqqında ətraflı məlumat http://surl.li/sbbqc