Azərbaycan Respublikasının səfiri Seymur Mərdəliyev Odessa Vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleh Kiper ilə görüş keçirib.
Səfirlə görüşdə Oleh Kiper qeyd edib ki, bu gündən etibarən bütün yüklərin demək olar ki, 80%-i Ukraynanın mühüm logistika mərkəzinə çevrilmiş Odessa şəhəri və vilayətdəki limanlarından keçir. İlin əvvəlindən Odessa limanları vasitəsilə 50 milyon tona yaxın mal, əsasən də kənd təsərrüfatı məhsulları ixrac edilib.
Odessa Vilayəti Dövlət Administrasiyasının rəhbəri müharibə zamanı göstərdiyi köməyə görə Azərbaycan dövlətinə təşəkkür edərək Odessa vilayətinin birgə iqtisadi və mədəni layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.
Səfir cənab Seymur Mərdəliyev qeyd edib ki, Bakı Kiyevə humanitar yardımın göstərilməsi və Ukraynanın yenidən qurulmasında fəal iştirak kursunu davam etdirəcək. Azərbaycan bundan sonra da infrastruktur, sosial və humanitar layihələr çərçivəsində yardım göstərməyə hazırdır.
Görüşdə tərəflər həmçinin iqtisadi, mədəni və s. sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər.
Əməkdaşlığın planları haqqında ətraflı məlumat http://surl.li/qqtsg