Prezident İlham Əliyev “Su sərvətlərindən səmərəli istifadə üzrə Milli Strategiya”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Strategiya üç mərhələdə (2024-2040-cı illər) su sərvətlərin artırılması, yüksək keyfiyyətli içməli və suvarma suyu ilə təminatının yaxşılaşdırılması, bu sahədə idarəetmənin müasirləşdirilməsi və beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdırılması layihələrinin həyata keçirilməsini nəzərdə tutur.
Birinci mərhələdə – 2024-2027-ci illərdə – su sərvətlərindən səmərəli istifadə üçün infrastruktur və idarəetmə müasirləşdiriləcək.
İkinci mərhələdə – 2028-2030-cu illərdə – Azərbaycanı BMT Baş Assambleyasının qəbul etdiyi davamlı inkişaf məqsədlərinə daha da yaxınlaşdıracaq “təmiz su və sanitariya”, “iqlim dəyişikliyi ilə mübarizə”, “dəniz və quru ekosistemlərinin mühafizəsi” kimi layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
2031-2040-cı illərdə son mərhələdə isə innovativ texnologiyalar əsasında hidroekoloji böhranların səmərəli idarə olunmasına, su sərvətlərinin artırılmasına, eləcə də alternativ su mənbələrindən istifadənin genişləndirilməsinə diqqət yetirəcək.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su sərvətlərindən və hidroenergetika potensialından səmərəli istifadə “ağıllı” su sistemlərindən istifadə etməklə təmin ediləcək. Bölgədə 28 su elektrik stansiyasının tikintisi başa çatdırılacaq, yerüstü suların hidroenergetika potensialı qiymətləndiriləcək, kompakt elektrik stansiyası yaradılacaqdır.
Strategiya haqqında ətraflı məlumat http://surl.li/jspikc