Home 9 Без категорії 9 BAKININ BAŞ PLANI ÜÇÜN 55 MİLYARD ABŞ DOLLARI AYRILIR

BAKININ BAŞ PLANI ÜÇÜN 55 MİLYARD ABŞ DOLLARI AYRILIR

Yanvar 25, 2024

2040-cı ilə kimi Bakının Baş Planının həyata keçirilməsi üçün 55 milyard ABŞ dollardan çox vəsait nəzərdə tutulub. Təxminən 36 milyard ABŞ dolları dövlət büdcəsindən, 18 milyard isə özəl investorlardan ayrılacaq. 16 il ərzində şəhərin ərazilərinin inkişafına 28 milyard ABŞ dolları xərclənəcək ki, bunun da üçdə ikisi mühəndis infrastrukturu, bərpa olunan enerji təsərrüfatlarının inkişafı və ətraf mühitin mühafizəsi üçün nəzərdə tutulan büdcə vəsaitləridir. Ətraflı məlumat http://surl.li/pcjcm

Baş Planda şəhər ərazilərinin hərtərəfli inkişafı nəzərdə tutulur. Xüsusilə, 2024-cü ilə kimi Bakının köhnəlmiş binalarının sahəsi iki dəfədən çox azalacaq. Əvəzinə yeni yaşayış kompleksləri tikiləcək. 

2040-cı ilədək Bakının mənzil fondunun cəmi sahəsi 2020-ci ilə nisbətən təxminən 65 % artaraq  78,6 milyon kvadratmetrə çatacaq. Qarşıdan gələn üç ildə çox və orta mərtəbəli binaların, həmçinin xüsusi və bloklu evlərin tikintisi hesabına mənzil fondunun 66,5 milyon kvadratmetrə qədər artacağı proqnozlaşdırılır . Ekspertlərin hesablamalarına görə, 2040-cı ilə kimi mənzilə ehtiyac 143 min mənzil olaraq qiymətləndirilir. 

Hövsan qəsəbəsi və Yasamal rayonunda 125 hektara yaxın ərazidə müasir tipli yaşayış evləri tikiləcək. Ayrılan ərazidən 46 hektarda gənc ailələr üçün sərfəli qiymətə yaşayış evlərinin tikintisi nəzərdə tutulur. 

Həmçinin, Şəhər Göllərinin Bərpası Proqramı hesabına yaşayış binalarının tikintisi üçün cəmi sahəsi 80 hektara yaxın olan iki torpaq sahəsi ayrılacaq. Mənzil tikintisinin inkişafı haqqında ətraflı məlumat http://surl.li/pcjdh