2024-cü ildə Azərbaycan bankları sənaye və istehsal sahələrinə verilən kreditləri 63% artırıblar. Nəqliyyat və rabitə sektoru kredit artım tempinə görə ikinci yerdə qərarlaşıb – bu sahədə artım təxminən 27% təşkil edib.
Ticarət və xidmət sahəsinə verilən kreditlər bir il ərzində 16% artaraq 2,4 milyard ABŞ dollarına çatıb. Kənd təsərrüfatı və emal sahəsinə verilən kreditlərdə 12%, tikinti və daşınmaz əmlak sahəsində isə 2,5% artım qeydə alınıb.
2025-ci ilin əvvəlindən etibarən Azərbaycan iqtisadiyyatının real sektoruna verilən kreditlərin həcmi 19%-dən çox artaraq 17 milyard ABŞ dollarına çatıb.
Daha çox statistika: https://surl.li/jetcdb