Home 9 Без категорії 9 Bayraktar Teknoloji Azərbaycan sənaye kadrlarının hazırlanmasına qoşulur

Bayraktar Teknoloji Azərbaycan sənaye kadrlarının hazırlanmasına qoşulur

İqtisadi Zonaların İnkişafı Agentliyi yanında Peşə Təhsili Mərkəzi və Bayraktar Teknoloji Azərbaycan sənaye üçün kadr hazırlığı sahəsində əməkdaşlıq memorandumu imzalayıb.

Sənədi Mərkəzin direktoru Kənan Bağırov və şirkətin direktoru Hüseyn Topuz imzalayıblar.

Tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər:
▪️ əmək bazarının tələblərinin təhlili;
▪️ aktual ixtisaslar üzrə mütəxəssis hazırlığı;
▪️ innovativ təhsil proqramlarının hazırlanması;
▪️ elmi-tədqiqat layihələrində əməkdaşlıq.

Bu təşəbbüs müasir sənaye kadrlarının formalaşdırılmasına və təhsil ilə biznes arasında əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Ətraflı məlumat – https://surl.li/acdlrw