Avropa İttifaqı Dünya Bankı Qrupunun üzvü olan IFC-yə Ukraynada investisiyaları dəstəkləmək üçün təxminən 90 milyon avro maliyyə zəmanəti verəcək. IFC-nin Better Futures (BFP) proqramının bir hissəsi kimi bütün sektorlarda özəl investisiyalar 500 milyon avrodan çox olacaq.
EFSD+ (The European Fund for Sustainable Development Plus) maliyyə zəmanətləri qanuni qüvvəyə malik müqavilələr olmaqla onlara əsasən, Aİ investorların üzləşə biləcəyi maliyyə itkiləri halında müvafiq məbləği ödəməyə razıdır. EFSD+ aşağıdakıları təmin etməklə dövlət və özəl investisiyaları dəstəkləyir:
- maliyyə zəmanətləri,
- qarışıq maliyyələşdirmə,
- inklüziv iqtisadi inkişafı təşviq etmək üçün texniki yardım.
Ukrayna infrastrukturunun bərpasına, biznes sektorunun dəstəklənməsinə və iqtisadiyyatın sabitliyinin artırılmasına kömək edəcək infrastruktur obyektlərinin və sənaye istehsalının tikintisi üzrə layihələrə maliyyə təminatı veriləcək.
Beynəlxalq sığorta zəmanətləri haqqında ətraflı məlumat http://surl.li/qjvnq