Home 9 Без категорії 9 Biznes icması ilə işgüzar əlaqələri gücləndiririk: “Ukraynanın Enerji Səmərəliliyi və Enerjiyə Qənaət Fondu” və TƏRƏZİ UABA əməkdaşlığı planlaşdırırlar

Biznes icması ilə işgüzar əlaqələri gücləndiririk: "Ukraynanın Enerji Səmərəliliyi və Enerjiyə Qənaət Fondu" və TƏRƏZİ UABA əməkdaşlığı planlaşdırırlar

“Ukraynanın Enerji Effektivliyi və Enerjiyə Qənaət Fondu” (UEEEQF) İctimai Birliyi yenidənqurma və enerjiyə qənaət layihələrinin həyata keçirilməsi üçün ölkədaxili və beynəlxalq şirkətlərin ən yaxşı təcrübələrindən istifadə etməyə çalışır.

Buna görə də biz UEEEQF İB-i və TƏRƏZİ UABA-nın tərəfdaşlığını alqışlaylrlq!

TƏRƏZİ UABA-nın iştirakçıları aparıcı Ukrayna və Azərbaycan şirkətləri, ixrac imkanlarının inkişafında maraqlı olan beynəlxalq biznes fəaliyyəti sahəsində fəal oyunçulardır. Onlarla birlikdə dövlətimizin bərpasına yönəlmiş bir çox müxtəlif tədbirlər planlaşdırırıq.

“Biz tikinti sahələrində gələcək fəal əməkdaşlığı planlaşdırırıq ki, bu da mənzil və sosial infrastrukturun yenidən qurulması layihələrinin həyata keçirilməsində faydalı olacaq. Assosiasiyanın bəzi iştirakçı şirkətləri bu sahədə uzun illər biyu zəngin iş təcrübəsi qazanıbar”, – TƏRƏZİ UABA-nın prezidenti Cəlal Hüseynov qeyd edib.

UEEEQF İB-nin Baş Assambleyasının prezidenti Anar Rəfiyev TƏRƏZİ assosiasiyasına daxil olan bəzi şirkətlərin elektrik və “yaşıl” energetika bazarında işlədiyini vurğuladı: “Biz binaların termal modernləşdirilməsi, tikinti və yenidənqurma işlərində enerjiyə qənaət edən texnologiyaların tətbiqi ilə bağlı təcrübəmizi bölüşməyə hazırıq. Biz biznesi enerjidən mümkün qədər səmərəli istifadə etməyə və dövlətin enerji müstəqilliyini inkişaf etdirməyə təşviq etməliyik”.