Bakı KOB Evinə əsas biznes sorğuları lisenziyalar, icazələr, qida təhlükəsizliyi sertifikatlarının alınması, yerin təkinin istifadəyə verilməsi üçün hərracların təşkili, dövlət sosial sığorta sistemində fərdi uçotun aparılmasıdır.
Xidmətlərin göstərilməsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi liderlik edir – müraciətlərin 76%-dən çoxuna baxılıb. İstehlak Bazarına Antiinhisar Nəzarəti Dövlət Xidməti 8 %-dən çox, Vergi Xidməti 2 -ə yaxın, digər strukturlar 14 % təşkil edib.
Bakı KOB Evində 50-yə yaxın dövlət və özəl təşkilat sahibkarlara biznes üçün zəruri olan G2B və B2B xidmətləri göstərir. Yarım il ərzində biznesə 157 minə yaxın xidmət göstərilib, onlardan 140 mindən çoxu dövlət orqanları, 17-si isə özəl qurumlar tərəfindən göstərilib.
Ətraflı məlumat http://surl.li/xppmkc