Təşkilatların qarşılıqlı fəaliyyəti və əməkdaşlıq planlarının müzakirəsi zamanı TƏRƏZİ UABA-nın prezidenti Cəlal Hüseynov “KREDİTVEST BANK” İdarə Heyətinin sədri İhor Tıxonova assosiasiyalı iştirakçı sertifikatını təqdim edib.
“Biz məhsuldar əməkdaşlığı planlaşdırırıq: bankın maliyyə məhsulları və xidmətləri iştirakçılarımıza biznesin maliyyələşdirilməsi və layihələrin hazırlanmasında faydalı olacaq. Bu cür əməkdaşlıq həm Ukraynanın, həm də Azərbaycanın biznesinin və iqtisadiyyatının inkişafına töhfə verəcək. Bankın mütəxəssisləri UABA iştirakçılarına maliyyə planlaşdırması, investisiya qoyuluşu və risklərin idarə edilməsi üzrə peşəkar məsləhətlər verməyə hazırdır”, – TƏRƏZİ UABA-nın prezidenti Cəlal Hüseynov qeyd edib.
İhor Tıxonovun sözlərinə görə, UABA üzvlərinin “KREDİTVEST BANK” ilə əməkdaşlığı beynəlxalq işgüzar əlaqələrin inkişafına, birgə layihələrin həyata keçirilməsinə, UABA üzvlərinin beynəlxalq müqavilələr və əməliyyatlar üçün maliyyə və bank xidmətləri məsələlərində dəstəklənməsinə töhfə verəcək.
ℹ️ KREDİTVEST BANK – Ukraynada ilk Türkiyə bankıdır. Ölkədə 2006-cı ildən bəri işləyir.
Bankın səhmdarları və Müşahidə Şurası rəhbərliyin peşəkarlığına və təcrübəsinə ciddi diqqət yetirir. Bankın komandası qurumun fəaliyyətini beynəlxalq bank xidmətləri standartlarına uyğun olmasını təmin edir.
“Altınbaş Holding Anoniş Şirketi” (Altınbaş Holding INC.) bankın nizamnamə kapitalının birbaşa və dolayı yolla 68,5%-nə sahibdir.
“Altınbaş” şirkətlər qrupu Türkiyədə bir çox sahələrdə fəaliyyət göstərən əsas investisiya və işgüzar dairələrdən biridir, o cümlədən:
- Qızıl və zərgərlik
- Maliyyə
- Energetika
- Logistika
- Daşınmaz əmlak
- Təhsil və idman.
10 mart 2023-cü il tarixində nüfuzlu “IBI-Rating” Milli reytinq agentliyi “KREDİTVEST BANK” PSC-nin uzunmüddətli kredit reytinqini Milli reytinq şkalası üzrə “uaAA+” səviyyəsində “İnkişaf etməkdə olan” (investisiya səviyyəsi reytinqi) proqnozu ilə təsdiqləyib.
“IBI-Rating həmçinin “KREDİTVEST BANK” PSC-nin bank depozitlərinin etibarlılıq reytinqini 5+ “Əla etibarlılıq” səviyyəsində təsdiqləyib.