Home 9 Без категорії 9 KOB-lara DƏSTƏK VERMƏK ÜÇÜN “ВЛАСНА СПРАВА” PROQRAMI

KOB-lara DƏSTƏK VERMƏK ÜÇÜN "ВЛАСНА СПРАВА" PROQRAMI

“Власна справа” proqramı başlayandan bəri 500 veteran və döyüşçülərin ailə üzvləri artıq 220 milyon qrivna məbləğində qrant alıblar.

2024-cü ildə bu proqram üzrə qrantlar üçün müraciətlərin altıncı dalğasının nəticələrinə əsasən, 61 qalib müəyyənləşib. Dövlət kiçik və orta biznesin yaradılmasına və ya genişləndirilməsinə 27 milyon qrivna sərmayə qoyur. 

Qaliblərin 70%-nə kimi 500000 qrivnaya qədər qranta sorğu edib, iki nəfər isə bu proqram çərçivəsində maksimum – 1 milyon qrivna vəsait alacaq. Qrant alana 70/30 nisbətində birgə maliyyələşdirmə şərtləri ilə verilir. Qrant müraciətləri biznes planı ilə birlikdə “Дія” portalı vasitəsilə təqdim olunur.

Qrant alanların ən populyar biznes sahələri: topdan və pərakəndə ticarət, müvəqqəti yaşayış və ictimai iaşə, emal sənayesi, kənd təsərrüfatı, digər növ xidmətlərin göstərilməsi.

Ən çox qrantı İvano-Frankivsk, Ternopil, Lvov, Volın, Kirovoqrad və Vinnitsa vilayətlərinin sakinləri alıb.

Qrant proqramı haqqında ətraflı məlumat http://surl.li/ssecv