Çeviklik, texnologiyaların inkişafı, “yaşıl” qərarlara üstünlük verilməsi 2023-cü ildə Ukrayna və beynəlxalq logistikanın əsas tendensiyaları olacaq. Logistika şirkətləri daim yeni çağırışlar və qeyri-sabitliklə üzləşir. Bir çox şirkətlər istehsal coğrafiyasını dəyişməyə, zavod və fabrikləri öz ölkədaxili bazarlarına qaytarmağa başladılar. logist.fm dərc etdiyinə görə bu tendensiyaya Nearshoring adı qazanıb.
Mütəxəssislərin fikrincə, bazar iştirakçılarının 90%-i yaxınlıqda istehsala investisiya qoymağa davam edəcək. Adi təchizat zəncirinə və əlavə xidmətlərə alternativin işlənib hazırlanmasını nəzərdə tutan “Çin +1” prinsipi standarta çevriləcək.
Proqnozlara görə, Ukraynanın rəqəmsal logistika bazarı 2030-cu ilə kimi təxminən 20% artacaq və şirkətlərin 60%-i istehsalın və biznes proseslərinin rəqəmsallaşdırılmasına investisiya qoyacaq. Logistikada artıq əşyaların sənaye interneti (IIoT), elektron sənəd dövriyyəsi, e-TTN, limanlarda elektron növbə və s. istifadə olunur.
2023-cü ildə diqqət fulfilment-mərkəzlərinin işinə, planlaşdırma və treking üzərində olacaq.
Bu xidmətlər yük, onun yeri və daşınma şəraiti haqqında məlumatları izləməyə kömək edir. Bunun sayəsində müştərilər nəqliyyatı optimallaşdıra bilərlər, o cümlədən: daşımaların hərəkətsiz qalması üçün xərcləri azaltmaq, daşıyıcını qiymətləndirmək, yükün vəziyyətinə və keyfiyyətinə nəzarət etmək. Logistikada əsas tendensiya həm qiymətə, həm də çatdırılma coğrafiyasına təsir edən daşımaların təhlükəsizliyi olaraq qalacaq.
Yaxın 2-3 il ərzində ekspertlər Kiyev və Dnepropetrovsk vilayətlərində kiçik logistika mərkəzlərinə tələbatın olacağını proqnozlaşdırırlar.
Logistika şirkətlərinin işində bir sıra digər tendensiyalar da aktualdır:
- Ukrayna sərhədləri yaxınlığında yerləşən hava limanları ilə əməkdaşlıq;
- anbarların avtomatlaşdırılması və robotlaşdırılması;
- daha ekoloji cəhətdən təhlükəsiz xammala keçid, “yaşıl” enerji mənbələrindən istifadə.